TQDK abituriyentlərə müraciət etdi

TQDK abituriyentlərə müraciət etdi
  03 İyul 2014    Oxunub:1068
TQDK 9 illik bazada kolleclərə ixtisas seçimi edəcək abituriyentlərə müraciət edib.
Komissiyadan AzVision.az-a verilən məlumatda bildirilir:

Əziz abituriyentlər! Bu məlumatları bir daha nəzərinizə çatdırırıq və hər birinizdən diqqətlə oxumağı xahiş edirik.
İstər 9-cu sinifi bu il bitirən, istərsə də əvəlki illərin məzunları üçün hər bir fənn üzrə abituriyentin balları hesablandıqda hər düzgün cavab 1 balla qiymətləndirilib. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılır.
Kolleclərə ixtisas seçimi etmək istəyən abituriyentlərə kömək məqsədi ilə TQDK tərəfindən bu təhsil pilləsinə 2013-cü ildə formalaşmış keçid balları “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr olunmuşdur. Ancaq abituriyentlər unutmamalıdırlar ki, ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları ötən il builkindən fərqli olaraq 3 fənn üzrə aparılırdı. Bundan başqa nəticələrin hesablanma qaydasında da ciddi dəyişikliklər edilib. Odur ki, abituriyentlər həmin buraxılışla tanış olaraq sadəcə ümumi tendensiyanı öyrənə bilər, hansı ixtisaslar üzrə daha ciddi müsabiqə vəziyyətinin yaranacağını proqnozlaşdıra bilərlər.


Teqlər:





Xəbər lenti