Şahin Bağırov onu özünə müşavir təyin etdi - Foto

   Şahin Bağırov onu özünə müşavir təyin etdi -    Foto
  06 May 2024    Oxunub:1229
Dövlət Gömrük Komitəsində yeni təyinat olub.
AzVision.az xəbər verir ki, bu barədə DGK sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Şamo Mürşüdov DGK sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ş.Mürşüdov İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri olub.

Xatırladaq ki, bu təyinata qədər DGK sədrinin 2 müşaviri var idi. Artıq müşavirlərin sayı 3-ə çatıb.
AzVision.az


Teqlər:





Xəbər lenti