Bakının bəzi yerlərində yağış yağacağı ehtimal olunur
05 May 2024
Oxunub:625
Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu 20 dərəcə istidir, cənub-şərq küləyi əsir, küləyin sürəti 13 m/s-dir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, saat 11:00-13:00 radələrində bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur.
Qeyd olunub ki, cənub-şərq küləyinin 15-17 m/s-yə çatacağı, havanın temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir.