Şuşa həbsxanasının sabiq rəisi ilə məhbusunun əhdi

 Şuşa həbsxanasının sabiq rəisi ilə məhbusunun  əhdi
  04 May 2024    Oxunub:781
“32 ildən sonra Şuşadakı evimdə ailəmlə birgə nahar etdim, çay içdim. Daha sonra Şuşa həbsxanasını ziyarət edib ötən günləri yada saldım”.
Bunu AzVision.az - a açıqlamasında 1988- 1992-ci illərdə Şuşa türməsinin rəisi, ehtiyatda olan polkovnik-leytenant Aydın Abbasov deyib. O bildirib ki, mayın 8-i Şuşaya köçən ailələrin sırasında olmaq istəsə də, hələlik bu arzusuna çata bilməyib.
Sarkisyan Şuşa türməsinə niyə gəlmişdi? - Keçmiş rəis: “Tapşırdım ki, hamı döyüşə girsin”


“Böyük həsrətlə adımın növbəti köç siyahısına salınmasını gözləyirəm. Şuşadakı evimi bərpa edib, bundan sonrakı ömrümü orada yaşamaq arzumdur.

Azad ediləndən sonra Şuşada 3 dəfə olmuşam. Ailəmlə birgə evimizə getdik. Orada çay içdik, nahar etdik. Doğrudur, qapıları, pəncərələri sındırılıb. Amma təmirsiz vəziyyətdə belə o ev mənə doğmadır. Evim həbsxananın yaxınlığında yerləşir. O vaxt iş yerimə yaxın olsun deyə seçmışdim.

Şəhər azad ediləndən sonra italyanların Şuşa həbsxanası ilə bağlı çəkdiyi reportajda mən də iştirak etmişəm. İtaliya şirkəti Şuşa həbsxanasını muzeyə çevirəcək.

Çəkiliş zamanı həbsxananın otaqlarını gəzərkən orada işlədiyim vaxtlar, yaşananlar, ermənilərlə əlaqədar hadisələr gözümün önündə canlandı...

Biz 1992-ci ildə Şuşadan çıxanda həbsxananın qapılarını açıb, məhbusları azad etmişdik. Həmin məhbuslar Şuşanı döyüşə-döyüşə tərk etdilər. Keçmiş məhbuslardan Mamedlə indi də əlaqəm var. Şamaxı rayonunda yaşayır. Şuşadan çıxanda döyüşlərdə yaralanmışdı Mamed. Əhd etmişik ki, Şuşanı birgə ziyarət edək".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti