Ukraynanın keçmiş baş naziri ölkəni “quldur qruplaşması” adlandırdı

Ukraynanın keçmiş baş naziri ölkəni “quldur qruplaşması” adlandırdı
  03 May 2024    Oxunub:844
"Ukrayna 2014-cü il dövlət çevrilişinə və ölkədə hərbi əməliyyatların başlanmasına görə məsuliyyət daşıyanları cəzalandırmalıdır. Əks halda ölkə öz varlığını itirə bilər".
AzVision.az xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Nikolay Azarov Telegram kanalında yazıb.
“Əgər Kiyev ədaləti bərpa etməsə və dövlət çevrilişinə, həmçinin qeyri-qanuni hərbi əməliyyatlara görə məsuliyyət daşıyanları cəzalandırmasa, o zaman Ukrayna heç vaxt normal həyat tərzinə qayıtmayacaq", - Azarov vurğulayıb.

Onun sözlərinə görə, bu gün ölkə faktiki olaraq “quldur qruplaşmaları”na çevrilib: "Bütün əsas insan hüquqlarının pozulduğu belə dövlət nəyə lazımdır? Bu dövlət deyil, "quldur qruplaşmasıdır". Belə hakim fiqurların olduğu ölkənin gələcəyi yoxdur. Onlar müvəqqəti idarəçilər, hakimiyyətə gəlmiş təsadüfi insanlardılar".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti