96 yaşlı erməni aksiyada döyüldü - VİDEO

   96 yaşlı erməni aksiyada döyüldü    - VİDEO
  02 May 2024    Oxunub:1421
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər daha çox Tavuş vilayətində kəndlilər revanşist çağırışlar edərək Azərbaycanla delimitasiya prosesinə qarşı çıxırlar.
Bu gün isə aksiya zamanı maraqlı hadisə yaşanıb. Revanşistlər Tavuşda "mübarizənin simvolu"na çevirdikləri 96 yaşlı Lena Qardaşyan adlı qarını növbəti dəfə aksiyalar keçirilən əraziyə gətiriblər. Radikallar iddia ediblər ki, guya qoca polisin bu gün səhər saatlarında kəndə basqın edərək aksiyanı dağıtması zamanı xəsarətlər alıb.

Aksiyalara görə saxlanılan erməni hərbçilər döyülüblər
Yayılan kadrlarda isə nənənin sadəcə huşunu itirməsi və kənd sakinlərinin kömək etməsi əks olunub.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya   Polis  





Xəbər lenti