“Mən dünyanın ən varlı adamıyam” – Millət vəkili

“Mən dünyanın ən varlı adamıyam” – Millət vəkili
  02 İyul 2014    Oxunub:2029
“Mən övladlarımla, ailəmlə qürur duyuram...”

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin doğum günüdür. YAP-çı deputat 57 yaşını qeyd edir. Hər zaman jurnalistlərlə səmimi münasibəti ilə seçilən millət vəkili doğum günü ilə bağlı təəssüratlarını AzVision.az-la bölüşüb.

- Aydın müəllim ilk öncə doğum gününüzü təbrik edirik? Bu əlamətdar günü necə qeyd edəcəksiniz?

-Bu gün həmişəkindən fərqli olaraq əməlli başlı yuxudan gec durmuşam. Axşam dostlarla oturmaq istəyirik deyə evdə müəyyən hazırlıq edirik. Dostların zəngini qəbul edirəm, ondan sonra sizinlə danışıram. Ad günüdə bir insan nələri yaşayırsa məndə də onlar olur.

-Nə əcəb ad gününüzdə çox yatmağı üstün tutdunuz. Adətən bu gün insanlar həyacanlı olurlar.

-Bilmirəm, mən ad günümdə həyacanlı olmuram. Ona görə də yuxudan gec durdum. (gülür)

- Deyirlər yaş kişinin var-dövlətidir. Aydın müəllim necə fikirləşir, yaşdan var-dövlət olarmı?

- Əlbəttə, kişinin var-dövləti onun yaşıdır. Çünki yaş ilə hər şey gəlir. Yaş ilə ailə, həyat yoldaşı gəlir. Hansı ki, bütün ömrün boyu səninlə birlikdə ağırlıqları çəkir. Daha sonra yaş ilə adını ucaldan övladlar, dostlar, cəmiyyətdə tutduğun mövqe əlir və insan həyatı daha dərindən dərk edir. Bir sözlə, bu sözü kim deyibsə çox doğru deyib.

- O mənada sizi varlı, yoxsa kasıb hesab etmək olar?

- Mən bu gün dünyanın ən varlı adamı, ən zəngin insanıyam.

- 57 ildə yaşamaq sizə çətin olmadı ki?

-Hesab edirəm ki, insan həyatda çətinlikdən qorxmamalıdır. İstənilən problemi düşünməklə, nəticəsi mənfi olmamaqla həll etməyə çalışmalıdır. Valideyinlərimin mənə verdiyi tərbiyyə və dünya görüşü ilə hər halda həyatda özümə yer tutmağa çalışmışam. Kimlərəsə dost kimi çalışmışam ki, cəmiyyətdə gərək olan bir insan kimi yerim olsun. Nə dərəcədə alınıb, bunu mən deyə bilmərəm.

- 57-dən geriyə doğru sayanda sizin üçün ən çətin yaş dövrü hansı olub?

- Əgər insan həyatda çətinlik çəkməyibsə, bu mərhələləri keçməyibsə, o heç bir zaman təcrübə toplaya bilməz. Ona görə də çətinliklərdən qorxmuram. Əksinə çətinliklərin üzərinə gedib onları dəf etmək lazımdır. Həyatımın hər bir günü, ili mənim üçün əzizdir.

-Bəs darıxdığınız yaş dövrü necə, varmı ?

- Yox, sadəcə olaraq hər bir gün, il mənim üçün əzizdir.
-Bu gün aynaya baxanda nə hiss etdiniz, nə dediniz özünüzə, bir dəyişiklik gördünüzmü?

- Mənim üçün adi günlərdən biridir. Yeganə fərq odur ki, bu gün mənim ad günümdür, dostlardan, tanışlardan təbrik gözləyəcəm. Məni ilk təbrik edən övladlarım oldu. Gecə saat birə bir dəqiqə işləmiş hər iki övladım məni təbrik etdi. Mən onlarla qürur duyuram. Eyni zamanda yoldaşım səhər məni təbrik etdi. Evdə hazırlıq görüldü. Bir sözlə, hesab edirəm ki, insanın ən böyük dəyəri onun ailəsi, cəmiyyətdə ona olan münasibətdir. Onun kiməsə gərək olma hissinin varlığıdır.

Yaş üstünə yaş gəlir, insan müdrikləşməklə, kamilləşməklə yanaşı, həm də qocalır. Qocalanda isə həmçinin uşaqlaşır, hər şeydən tez inciyir, küsür...

-Mən yaşlanmaqdan qorxmuram. Hər bir yaş dövrünü qiymətləndirirəm. Heç vaxt fikirləşməmişəm ki, əvvəlki illərdə olardım. Necəyəmsə ətrafdakılar qiymət verə bilər.

- Aydın müəllim bəs, 57 ildə nələri itirdiniz, nələri qazandınız ?

- Qazandığım ailəm, dostlarım, cəmiyyətdəki münasibət oldu. Azərbaycanın müstəqilliyini hamı ilə birlikdə qazandıq. İtirdiyim valideynlərim, nənəm, yaxın qohumlarım oldu.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti