Ermənistan Geqarkunikdən qoşunları çıxarır?

Ermənistan Geqarkunikdən qoşunları çıxarır?
  01 May 2024    Oxunub:702
Ermənistan mediası Geqarkunik bölgəsinin sərhəddə yaxın ərazilərinin minalardan təmizlənməsi barədə məlumat yayıb. Saytlar yazırlar ki, sözügedən bölgədən qoşunlar da çıxarılıb.
Ermənistanın Müdafiə Nazirliyi məsələyə reaksiya verib. Sputnik Armeniyanın yaydığı məlumata görə, qurum Geqarkunikdə minatəmizləmə işlərinin aparılmadığını açıqlayıb. Nazirlik həmçinin qoşunların burada yerdəyişmə etməsi və ya ərazidən çıxarılması ilə bağlı yayılan xəbərları də dezinformasiya adlandırıb.

Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan Sputnik Ermənistan-a açıqlamasında “Belə bir hadisə baş vermir” deyib.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti