İsrail “Patriot” sistemi ilə vidalaşır

   İsrail    “Patriot” sistemi    ilə vidalaşır
  01 May 2024    Oxunub:502
İsrailin Hərbi Hava Qüvvələri (HHQ) özünün köhnəlmiş “Patriot” hava hücumundan müdafiə (HHM) sistemlərindən imtina edərək daha müasir silahlardan istifadəyə keçməyi planlaşdırır.

AzVision.az xəbər verir ki, “The Times of Israel” qəzetində dərc olunan məqalədə İsrail ordusunun yenidən silahlanması barədə hələ bu ilin fevral ayında söhbətlər başlayıb.

Hazırda bir neçə “Patriot” hava hücumundan müdafiə (HHM) sisteminin iki ay ərzində həmişəlik silahlanma arsenalından çıxarılacağı məlumdur. Onlar daha təkmil HHM qurğuları, xüsusilə “Davids Sling” (Davidin Sapandı) və məşhur “Dəmir Günbəz” sistemləri əvəz olunacaq.

Yazıda xatırladılır ki, “Patriot” ZRK-ları 1991-ci ildə Körfəz müharibəsi zamanı İraqdan İsrailə atılan bəzi “Skad” raketlərinə qarşı uğurla işləyib. ABŞ-nin istehsaletdiyi bu sistem elə həmin il rəsmi şəkildə İsrail ordusunun arsenalına daxil oldu. Lakin birinci hədəfi - “HƏMAS”-ın Qəzza zolağından atdığı pilotsuz təyyarəni ilk dəfə yalnız 2014-cü ildə vurdu.

“Növbəti on il ərzində sistem 2014 və 2018-ci illərdə İsrailin hava məkanını pozan Suriya qırıcıları da daxil olmaqla cəmi 10 hədəfi ələ keçirib”, - materialda deyilir.

Ötən il oktyabrın 7-dən Qəzza zolağında davam edən müharibədə isə “Patriot”dan bir neçə dəfə istifadə edilib ki, əksər hallarda da raketlər səvh identikləşmə nəticəsində buraxılıb. Məhz buna görə də, “Patriot” sistemlərinin daha təkmil hava hücumundan müdafiə sistemləri ilə əvəzlənməsi barədə qərar verilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail  





Xəbər lenti