“Seçkilər düzgün keçirilib” – AMEA-nın akademik deputatı

Bildirib ki, AMEA-nın yeni rəhbərliyi elmin inkişafı istiqamətində çox fəal şəkildə çalışır.
“Ölkəmizdə elmin inkişafına qayğının əsasını Heydər Əliyev siyasəti təşkil edir. Çünki akademiyanın ən ağır günlərində Heydər Əliyev demişdi ki, Elmlər Akademiyası Azərbaycanın milli sərvətidir, qorunub saxlanılmalıdır. Bu gün elm sahəsində ciddi inkişaf gedir. Prezident İlham Əliyev xüsusi diqqəti sayəsində elmimiz uğurlar qazanmaqdadır. Bir müddət öncə AMEA-nın yeni kitabxanası istifadəyə verildi. Bu kitabxana müasir standartlara tam cavab verir, orada işləmək üçün çox gözəl şərait yaradılıb. Bu, dövlətin elmə qayğısının bariz göstəricisidir”.
A.Hacıyev AMEA-nın ümumi yığıncağında bir sıra məsələlər müzakirə olunduğunu diqqətə çatdırıb.
“Yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” müzakirə edilərək qəbul olundu. Konsepsiyada elmi fəaliyyətin yeni əsaslarla təşkili, tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və elmi infrastrukturun müasirləşdirilməsi kimi mühüm məsələlər nəzərdə tutulur. Maliyyələşdirmə mexanizmləri, maddi-texniki və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin beynəlxalq elm məkanına inteqrasiya da konsepsiyada elmin inkişafına xidmət edən hədəflərdəndir”.
Teqlər: