Nəsimi rayonunda qaz kəsiləcək

Nəsimi rayonunda qaz kəsiləcək
  26 Aprel 2024    Oxunub:924
Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkarlanmış sızmanın ləğvi məqsədilə qaz təchizatı dayandırılacaq.
"Azəriqaz" İstehsalat Birliyindən AzVision.az -a verilən məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə rayonun Cəlil Məmmədquluzadə, Nəsib bəy Yusifbəyli, Abbasqulu ağa Bakıxanov, Nəcəf bəy Vəzirov, Hüseynqulu Sarabski, Mərdanov Qardaşları, Hənifə Ələsgərov, Allahyar Nəsibov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AzVision.az


Teqlər: qaz   məhdudiyyət  





Xəbər lenti