Sərhəddə nəzərdə tutulan işlərin həcmi açıqlanıb

   Sərhəddə nəzərdə tutulan işlərin həcmi açıqlanıb
  26 Aprel 2024    Oxunub:1315
Geodeziya ölçmələri əsasında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində 26 aprel 2024-cü il tarixinə planlaşdırılan işlərin təxminən 35%-i yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətindən AzVision.az -a bildirilib ki, iki dövlətin ekspert qruplarının işi davam edir.

AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   sərhəd  





Xəbər lenti