Dəmiryol təyinatlı torpaqların qrafik təsviri təsdiqlənib

Dəmiryol təyinatlı torpaqların qrafik təsviri təsdiqlənib
  26 Aprel 2024    Oxunub:1237
Nazirlər Kabineti "Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri"ni təsdiqləyib.
AzVision.az xəbər veerir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədləri (dəmir yolunun təhkim zolağı və xüsusi mühafizə zonasının da hüdudları, döngə nöqtələri və onların koordinatları göstərilməklə) barədə məlumatlar dövlət torpaq kadastrına daxil edilməli və həmin torpaqlar üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması təmin edilməlidir.

AzVision.az


Teqlər: Nazirlər-Kabineti   qərar   dəmiryolu  





Xəbər lenti