Ermənilər Goranboyda yanğın törətdi

Ermənilər Goranboyda yanğın törətdi
  02 İyul 2014    Oxunub:1018
Ermənilərin atəşkəsi pozması nəticəsində Goranboyun Tap Qaraqoyunlu kəndində yanğın hadisəsi baş verib.
Hadisə nəticəsində kənd sakini Münəvvər Məmmədovun təsərrüfatına ciddi ziyan dəyib.

Fövqəladə Hallar Nazirliyi yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Bildirilib ki, Goranboy rayonu, Tap Qaraqoyunlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin yanar konstruksiyaları, damına yığılmış 14 ton ot bağlaması yanmış və tövlənin içərisində olan 7 baş iri buynuzlu heyvan tələf olub. Tövləyə bitişik olan 2 ev yanğından mühafizə olunub.

Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti