Qırğızıstanla dini sahədə əməkdaşlıq üzrə memorandum imzalanıb

Qırğızıstanla dini sahədə əməkdaşlıq üzrə memorandum imzalanıb
  24 Aprel 2024    Oxunub:669
Qırğız Respublikası Prezidenti Sadır Japarovun səfəri çərçivəsində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Dini İşlər üzrə Dövlət Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb.
AzVision.az xəbər verir ki, memorandumu Dövlət Komitəsi adından sədr Ramin Məmmədov, qarşı tərəfdən isə müvafiq qurumun direktoru Toyqonbay Abdıkarov imzalayıblar.

Sənəd din sahəsində dövlət siyasətinin aparılması üzrə məlumat və təcrübə mübadiləsi, dini təhsil müəssisələri arasında tərəfdaşlığın dəstəklənməsi və digər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığı özündə əks etdirir.

AzVision.az


Teqlər: Azərbaycan   Qırğızıstan   DQİDK   memorandum  





Xəbər lenti