ABŞ-nin sanksiyalarında erməni izi: Məqsəd nədir? ŞƏRH

 ABŞ-nin sanksiyalarında erməni izi:  Məqsəd nədir?  ŞƏRH
  24 Aprel 2024    Oxunub:1468
"Amerikanın Qanunvericilik Orqanında qərəzli və ikili standartlara söykənən müzakirələr gedir. Azərbaycanın 40 vətəndaşına, o cümlədən hüquq-mühafizə orqanlarının üzvlərinə sanksiyaların tətbiq edilməsinə çağırış erməni lobbisinin təşəbbüsdür".
Bunu AzVision.az -a Milli Məclisin deputatı Vüqar Bayramov ABŞ Konqresində 40 Azərbaycan rəsmisinə qarşı sanksiya məsələsini şərh edərkən deyib.



Deputat qeyd edib ki, ABŞ Konqresində Azərbaycana qarşı qərəzli bəyanatların müzakirəsinin tez-tez şahidi olmuşuq:

Amerikanın Azərbaycana sanksiyaları əslində Ermənistana zərbədir! - Zahid Orucdan AÇIQLAMA
"Bir müddət öncə ABŞ Xarici Siyasət Komitəsinin üzvü, senator Robert Menendez və onun erməni əsilli həyat yoldaşı Nadine Arslanian rüşvət üstündə istintaqa cəlb olundu. Onların evlərindən dövlətdən mənimsədikləri yüz minlərlə dollar və qızıl külçələr müsadirə edilib. Senatoru rüşvətxor olan bir ölkənin başqa ölkələrə sanksiya tətbiq etmək cəhdi, üstəlik bunu ermənilərin diqtəsi ilə planlaşdırması qərəzdən başqa bir şey deyil. Çox təəssüf ki, sanksiya məsələsi ölkələrarası münasibətlərə mənfi təsir göstərəcək".

Millət vəkili Fazil Mustafa da ABŞ-nin bu addımının birbaşa erməni "tezisləri" əsasında həyata keçirilən siyasi oyun olduğunu deyir:

"Biz torpaqlarımızı erməni işğalından azad etmişik. ABŞ isə erməni siyasətini dəstəklədiyi üçün müəyyən mənada qısas alır. Ermənilərin təqdim etdiyi siyahı əsasında sanksiyaların məhz Ermənistanla mübarizə aparan şəxslərə qarşı yönəldilməsi gözləniləndir. Buna sadə bir məsələ kimi yanaşmalıyıq. Düşmənin qisası təkcə İrəvandan gəlməyəcəkdi ki?!



Torpağı azad etmək üçün ya şəhid verməlisən, ya da bu cür sanskiyalara məruz qalmalısan, çünki onlar elə eyni prosesin davamıdır. Gözlənilən sanksiyaların Azərbaycana ciddi təsiri olmamalıdır. Biz əsas hədəfimizə doğru getməliyik. Torpaqlarımızı, ərazi bütövlüyümüzü qorumalı, düşməni bütün cəbhələrdə cavablandırmalıyıq".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   ABŞ   Sanksiya  





Xəbər lenti