Rəqibindən Ərdoğana xeyir-dua

Rəqibindən Ərdoğana  xeyir-dua
  01 İyul 2014    Oxunub:997
Türkiyədə iki əsas müxalifət partiyanın vahid namizədi İkmaləddin İhsanoğlu prezident seçiklərində rəqibi olacaq Ərdoğana xeyir-dua verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İhsanoğlu bildirib ki, seçkilərin demokratik və mədəni şəkildə keçirilməsinin tərəfdarıdır: `Türkiyənin qarşısında seçimlər olmalıdır, Türk milləti məhz bu seçimlərə görə öz gələcəyini müəyyənləşdirməlidir`.

Qeyd edək ki, Türkiyənin əsas müxalifət partiyası Cümhuriyyət Xalq Partiyası ilə (CHP) və Milliyyətçi Hərəkat Partiyası(MHP) İkmaləddin İhsanoğlunu hər iki partiyanın namizədi kimi göstərib. Və 163 nəfərin imzası toplanan ərizə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyə təqdim olunub.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti