Yaponiyada hərbi helikopterlər toqquşdu: Ölən və itkin düşənlər var

   Yaponiyada hərbi helikopterlər toqquşdu:    Ölən və itkin düşənlər var
  21 Aprel 2024    Oxunub:632
Yaponiya özünü müdafiə qüvvələrinə məxsus 2 hərbi helikopterin dəniz üzərində təlim uçuşu zamanı toqquşması nəticəsində 1 nəfər ölüb, 7 nəfər itkin düşüb.
AzVision.az xəbər verir ki, hadisə aprelin 20-də axşam saatlarında “SH-60K” tipli helikopterlərin İzu adalar qrupu üzərində uçuşu zamanı baş verib. Yaponiyanın Müdafiə Nazirliyi dəniz qüvvələrinə aid olan helikopterlərlə əlaqənin yerli vaxtla saat 22:38-də kəsildiyini açıqlayıb. Ən qısa zamanda axtarış işlərinə başlanılıb. Hər birində 4 heyət üzvü olan helikopterlərin bir-biri ilə toqquşduğu bildirilir. Axtarış işlərinin gedişində bir nəfərin meyiti tapılıb. Bundan başqa, helikopterlərin hissələri də aşkarlanıb. Hazırda digər 7 nəfərin axtarışları davam edir.

Yaponiyanın müdafiə naziri Minoru Kihara bildirib ki, hadisədən sonra özünü müdafiə qüvvələrinin bütün “SH-60K” tipli helikopterlərinin uçuşu dayandırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti