Xarici qonaqlar `ASAN`da - FOTOLAR, YENİLƏNİB

Xarici qonaqlar `ASAN`da -  FOTOLAR, YENİLƏNİB
  01 İyul 2014    Oxunub:1030
Bu gün “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın III plenar iclası baş tutub.

AzVision.az xəbər verir ki, iclasdan sonra konfransda iştirak edən xarici qonaqlar “ASAN xidmət” mərkəzi ilə tanış olublar. Mərkəzdə vətəndaşlara göstərilən xidmətlərlə bağlı qonaqlar məlumatlandırılıb.

Mərkəzdə vətəndaşlara göstərilən xidmətlərlə bağlı qonaqlar məlumatlandırılıb. Daha sonra xarici ölkələrin nümayəndələri jurnalistlərin suallarını cavablandırıb.

Litvanın təmsilçisi ASAN xidmətin korrupsiya ilə bağlı mübarizədə xidmətlərini yüksək qiymətləndirib, ümumiyyətlə, ASAN xidmətin dövlətlə vətəndaşların daha da yaxınlaşmasına xidmət etdiyini qeyd edib.

“Asan xidmət son dərəcədə müasir bir sistemdir. Bu sistem dövlət xidmətlərindən istifadəni daha da asanlaşdırır. İnsanlarla söhbət etdim və gördüm ki, onlar dövlətin vətəndaşlar üçün yaratdıqları bu xidmətdən xeyli razıdırlar. Bəzi ölkələr hələ də korrpusiyadan qurtulmaq üçün mübarizə aparırlar . Son iki il ərzində korrupsiya ilə mübarizə sahəsində Azərbaycandan çox şeylər öyrənə bildik. Bu imkanı yaratdığına, öz təcrübəsini bizimlə bölüşdüyünə, xüsusən də qonaqpərvərliyinə görə Azərbaycana minnətdarıq” .

Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti