Azərbaycanda yeni medal təsis edildi

Digər orden və medalları ilə təltif edilmiş şəxslər eyni xidmətlərə görə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif edilə bilməzlər.
“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq qurum təltif edir.
“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.