Sabahdan hava düzəlir

Sabahdan hava düzəlir
  01 İyul 2014    Oxunub:1124
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23, gündüz 28-33 dərəcəyədək isti olacaq.

Rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

AzVision.az



Teqlər:  





Xəbər lenti