Gəncədə yay düşərgəsi

Gəncədə yay düşərgəsi
  01 İyul 2014    Oxunub:1032
Gəncə şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə 2 günlük yay düşərgəsi reallaşıb.

AzVision.az xəbər verir ki, tədbirdə qonaq qismində YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, partiya təşkilatının məsul işçiləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsini açan YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev layihə iştirakçılarını salamlayıb, onlara uğurlar arzu edib.

Bildirib ki, bu gün Azərbaycan gəncliyi onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirir, dövlət və xalq qarşısında öz vəzifə və məsuliyyətini yaxşı dərk edir, yaradılan geniş imkanlardan səmərəli istifadə edərək, qüvvə və bacarıqlarını göstərirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu gənclər siyasətinin nəticəsində Azərbaycanın ilk “Gənclər Paytaxtı” olan və “Avropa Gənclər Paytaxtı- 2016” müsabiqəsinin qalibi adını qazanan Gəncə şəhərinin təşəbbüskar və mübariz gəncləri bu gün nəinki şəhərimizdə, eləcə də respublikada, Avropa şəhərlərində xüsusi fəallıqları, yüksək intellekt və təfəkkürləri ilə fərqlənirlər. Qələbələr, zəfərlər gənclərin əzmkarlığını, qətiyyətini artıraraq, onları daha böyük səylə işləməyə sövq edir.

Tələbə- gənclərin iştirakı ilə keçirilən layihə çərçivəsində “Yaradıcı potensialın və kreativliyin kəşfi metodları”, “Sosial marketinq”, “Kiber Təhlükəsizlik və Azərbaycanın rolu” adlı təlimlər, diskoteka, müxtəlif simulyar oyunlar təşkil olunub. Açıq havada keçirilən təlimlər, oyunlar iştirakçıların böyük marağına səbəb olub.



Teqlər:





Xəbər lenti