1 yaşlı Oxu.az

1 yaşlı Oxu.az
  01 İyul 2014    Oxunub:1359
Bu gün Oxu.Az-ın 1 yaşı tamam olur.
Bir il bundan öncə, iyul ayının 1-də Oxu.Az İnformasiya Agentliyi fəaliyyətə başlayıb.

AzVision.az-a verilən məlumata görə, o zaman kollektiv gənc, inadkar, peşəkar olmasa da işində qətiyyətli olan cəmi üç nəfərdən ibarət idi. Onların qarşısında yeni, mövcud xəbər portallarından seçilən, oxucuların yerli xəbərlərlə yanaşı, dünyada baş verən maraqlı hadisələrdən də xəbər tutacağı sayt yaratmaq, ölkəmizdə və planetimizdə baş verən bütün hadisələrdən xəbərdar olmaq kimi çətin bir vəzifə dururdu.

Oxu.Az çox az bir müddət ərzində ölkənin ən məşhur xəbər saytlarından biri olmaqla qalmadı, üstəlik reytinqlərdə dəfələrlə birinci yeri tutdu. Bu yaxınlarda isə rekorda nail oldu – oxucu auditoriyası 1 ay ərzində milyon nəfərə çatdı!

Qarşıda görüləsi işlər çoxdur – planlarımız və auditoriyamız üçün maraqlı foto-layihələr, müxtəlif insanlarla maraqlı müsahibələr və s. kimi sürprizlərimiz var.

AzVision.az kollektivi olaraq, həmkarlarımızı təbrik edirik.


Teqlər:  





Xəbər lenti