Bakıda korrupsiya müzakirəsi - FOTOLAR

Bakıda korrupsiya müzakirəsi - FOTOLAR
  01 İyul 2014    Oxunub:1270
Bu gün “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın III plenar iclası baş tutub.
AzVision.az xəbər verir ki, iclasda iştirak edən ölkə nümayəndələri korrupsiya ilə mübarizədə öz ölkələrinin təcrübələrini konfrans iştirakçıları ilə bölüşüb. İclası Avstriya Respublikasının Baş prokurorunun müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Gerhard Yaroş açıb.

Daha sonra Türkiyənin baş prokuroru Həsən Ərbilə söz verilib və o, korrupsiya ilə mübarizə işinin vacibliyindən danışıb. Baş prokuror qeyd edib ki, bu mübarizə hər ölkədə özünməxsus şəkildə aparılmalıdır: “Bəzən bir ölkənin korrupsiya ilə mübarizə təcrübəsi və metodları başqa ölkədə uğurlu olmaya bilər. Lixteynşteyn Knyazlığının baş prokuroru Robert Volner isə BMT-nin Korrupsiya Əleyhinə Konvensiyası: Əmlakın qaytarılmasının təcrübədə necə tətbiq olunması mövzusunda məruzə ilə çıxış edib.

Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin rəhbəri Saulius Urbanaviçiusun çıxışından sonra söz Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə söz verilib. Kamran Əliyev idarənin fəaliyyətindən danışmazdan əvvəl dünyada korrupsiya ilə mübarizənin vəziyyəti barədə fikirlərini bölüşüb və bu sahədə iş aparan dövlətləri qruplaşdırıb, onları təhlil edib. Bildirib ki, Azərbaycanda həm korrupsiyaya qarşı mübarizə komissiyası var, həm də ikinci ixtisaslaşmış və daha çox hüquq mühafizə orqanı sayılan korrupsiyaya qarşı mübarizə departamenti var:

“Azərbaycan BMT-nin konvensiyasını ratifikasiya etdikdən dərhal sonra korrupsiya ilə mübarizə departamenti yaradıldı. Yaratdığımız birinci qurumda 40 tədqidatçı prokuror çalışırdı. 3 şöbə - istintaq, təhlil və analitik şöbələri var idi. 2004-cü ildən başlayaraq bu departamentlər praktiki fəaliyyətə başladı. 2010-cu ilə qədər biz pozuntuları araşdırıb tədqiqatlar keçirirdik. Təbii ki, biz başa düşürdük ki, həm kəmiyyət, həm də keyfiyyət baxımından işimizi təkmilləşdirməliyik. Litva ilə əməkdaşlıq bu işdə bizə çox kömək oldu. Müxtəlif dövlətlərdə vəziyyətləri təhlil edərək öz işimizi daha da təkmilləşdirdik”.

K.Əliyev vurğulayıb ki, daha çox qabaqlama önləmək funksiyalarına önəm verilir, bu da korrupsiya ilə mübarizə sahəsində mühüm şərtlərindədir:

“Hazırda bizim qurumda təhqiqat, kəşfiyyat, kəşfiyyata dəstək, xüsusi mütəxəssis və ekspertlər qrupu, informasiya kommunikasiya texnologiyaları şöbəsi də var. Departamentdə xüsusi “qaynar xətt” fəaliyyət göstərir. Vətəndaşlar korrupsiya ilə bağlı hər hansı bir hal görsə bizlə birbaşa əlaqə saxlaya bilərlər. Bu “qaynar xətt” bizə korrupsiya ilə bağlı pozuntular aşkar etməklə yanaşı, həm də vəziyyəti təhlil etməyə imkan yaradır. Külli sayda məlumat daxil olub və sutka ərzində məlumat daxil olur. Amma bunun 5-10%-nin cinayət tərkibi var”.

İdarə rəhbəri onu da qeyd edib ki, qəbul edilən zənglər əsasında nazirliklərə sorğular göndərilir: “Bəzi Avropa dövlətlərində düşünürlər ki, prokuror xidməti yalnız məhkəmə çəkişməsi çərçivəsində müəyyən rola malik olmalıdır. Belə düşünənlərin fikrinə görə, prokurorun məhkəmə zalından kənarda rolu olmamalıdır. Düşünürəm ki, ümumi hüquq sistemi var, ona görə də istəyirəm ki, prokurorların məhkəmə zalından kənarda da rolu olsun. Söhbət təkcə cinayətdən yox, korrupsiya ilə mübarizə sahəsində də fəaliyyət göstərməyini nəzərdə tuturam”.

K.Əliyev bildirib ki, Azərbaycanın Beynəlxalq Anti-Korrupsiya Akademiyası ilə münasibətləri var: “Bizim 2 porkurorumuz sabah Avstriyaya səyahət edəcək və orada gənc prokurorlar üçün yay kurslarında iştirak edəcək. Zənnimcə bu, faydalı əməkdaşlıqdır. Bizim digər dövlətlərdən olan həmkarlarımızla da əməkdaşlığımız var. Həm Azərbaycandan, həm də Azərbaycana bu ölkədən səfərlər olunur. Qeyd edim ki, ölkədə korrupsiyaya mübarizədə ölkəmizin iradəsi imkan verəcək ki, qarşıda daha böyük uğurlar qazanaq.

Hazırda konfrans davam edir. Malaziya və Çindən olan nümayəndələrin çıxışından sonra konfrans iştirakçıları nahar fasiləsi edəcək.

Qalereya




Teqlər:  





Xəbər lenti