4705 şagird imtahandan 2 aldı

4705 şagird imtahandan 2 aldı
  01 İyul 2014    Oxunub:997
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-də keçirilmiş ümumi orta təhsil bazasında (9 illik) və üam orta təhsil bazas üzrə (11 illik) buraxılış imtahanının (təkrar və eksternat qaydasında) nəticələrini açıqlayıb.
Komissiyadan AzVision.az-a verilən məlumata görə, 9-cu sinif üzrə 1569 nəfər imtahan verib. Bildirilir ki, ana dilindən 692 nəfər 2, 678 nəfər 3 145 nəfər 4 və 54 nəfər 5 alıb. Riyaziyyat fənnindən isə 758 nəfər 2, 616 nəfər 3, 133 nəfər 4, 62 nəfər 5 alıb.

Tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanı üzrə isə ana ilindən 1599 nəfər 2, 965 nəfər 3, 112 nəfər 4 və 13 nəfər 5 alıb. Riyaziyyatdan isə 1656 nəfər 2, 896 nəfər 3, 106 nəfər 4 və 31 nəfər 5 alıb.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində yaradılmış imtahan mərkəzlərində təkrar və eksternat qaydasında IX və XI sinifləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:





Xəbər lenti