Qəbul imtahanının nəticələri açıqlandı

Qəbul imtahanının nəticələri açıqlandı
  01 İyul 2014    Oxunub:1300
TQDK iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik ) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

TQDK-dan AzVision.az-a verilən məlumata görə, abituriyentlər imtahan nəticələri ilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə və ya komissiyanın internet saytı vasitəsilə (https://www.e-gov.az/az/services/read/2641/1 ) tanış ola bilərlər.

Qeyd edək ki, ixtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılacaqlar. İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcəkdir. İxtisas seçimi ilə bağlı ətraflı məlumatları “Abituriyent” jurnalının 3-cü sayından əldə edə bilərsiniz.

AzVision.az


Teqlər:





Xəbər lenti