Çexiyada Qarabağa aid məlumat çadırı - FOTO
Təşkilat kampaniya çərçivəsində təbliğat çadırı quraraq, vətəndaşlara çex və ingilis dillərində Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli mövqeyini əks etdirən braşurlar, işğal altında olan ərazilərimizin xəritələrini, dağıdılmış yaşayış məntəqələrimizin şəkillərini paylayıb, Praqa sakinlərinin müvafiq suallarını cavablandırıblar. QHT təmsilçiləri həmçinin aksiyaya maraq göstərən vətəndaşlara “Xocalıya ədalət” və “Şuşaya Azadlıq” kampaniyaları haqqında da ətraflı məlumatlar verərək, onlara Azərbaycanın Qarabağ problemi ilə əlaqədar milli mövqeyini əks etdirən internet resurslarının ünvanlarını təqdim ediblər.
Qeyd etmək lazımdır ki, əvvəllərdə müxtəlif QHT-lərin bu cür məlumat çadırları qurmaq təşəbbüsləri olsada Praqa meriyası müraciətləri müsbət cavablandırmamışdır. Təhsil və Tolerantlığın Təşviqi Mərkəzinin uzun, israrlı tələbindən sonra məlumat çadırının qurulmasını meriya ilə razılaşdırmaq mümkün olub.
Teqlər: