Rusiya TV-ləri “Azerspace”dən yayıma başladı

Rusiya TV-ləri “Azerspace”dən yayıma başladı
  01 İyul 2014    Oxunub:1761
Rusiyanın bir sıra televiziya kanalları Azərbaycanın ilk milli peyki “Azerspace 1/Africasat 1A” üzərindən yayıma başlayıb.
“Azərkosmos” ASC-dən verilən məlumata görə, hazırda “Azərbaycan peyki vasitəsi ilə Gürcüstan və Ukrayna televiziya kanallarının yayımı da həyata keçirilir.

Qeyd edilib ki, “Azerspace-1” telekommunikasiya peyki inkişaf etmiş dizayna və qoşulma imkanlarına malikdir. Peyk Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini əhatə edən kosmik məkanda əsas rol oynayır.

AzVision.az


Teqlər:





Xəbər lenti