Prezident təbrik etdi

Prezident təbrik etdi
  01 İyul 2014    Oxunub:1026
Azərbaycan prezidenti İlham Əliyev Burundi Respublikasının prezidenti Pyer Nkurunzizaya təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Burundi Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Burundi xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Ölkə başçısı həmçinin Kanadanın General-Qubernatoru Devid Constona təbrik məktubu göndərib:

-Hörmətli cənab General-Qubernator,
Milli bayramınız – Kanada günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Kanada münasibətlərinin inkişafı, qarşılıqlı maraq doğuran iqtisadi əlaqələrin genişlənməsi yolunda səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

AzVision.az


Teqlər:





Xəbər lenti