Elnur Məmmədli prezidentin kürəkəni ilə - FOTO

Elnur Məmmədli prezidentin kürəkəni ilə - FOTO
  30 İyun 2014    Oxunub:9851
Çoxdandır cəmiyyət arasında görünməyən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin yeni fotosu yayılıb.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, digər sənətçi və idmançılar kimi sosial şəbəkənin istifadəçisi olan Elnur səhifəsində maraqlı foto paylaşıb. İdmançı Azərbaycan prezidentinin kürəkəni ilə birlikdə çəkilən şəklini sosial şəbəkədə paylaşıb.

Dövlət başçısının kiçik qızı Arzu Əliyevanın həyat yoldaşı Səməd Qurbanov ilə birlikdə olan şəkil maraqla qarşılanıb. Elnur və Səməd bəy son zamanlar dəbdə olan "Selfie" üslubunda şəkil çəkdiriblər.

Qeyd edək ki, Elnur Məmmədli 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında 73 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək olimpiya çempionu adına layiq görülüb.

Bir çox insan tərəfindən maraqla qarşılanan fotonu təqdim edirik.


Teqlər:





Xəbər lenti