Putinin ermənilərlə növbəti razılaşması
Rusiya prezidenti Vladimir Putin Ermənistanla hökumətlərarası sazişin ratifikasiyasına dair qanun imzalayıb. Razılaşmaya əsasən Rusiyadan ermənistana təbbi qaz, neft məhsulları və emal edilməmiş almaz ixrac olunacaq.
Saziş, Ermənistan Avrasiya inteqrasiya məkanına daxil olana qədər malların rüsumsuz ixracının təşkilini də nəzərdə tutur. Müqaviləyə əsasən Rusiya tərəfi, Ermənistana almaz, neft məhsulları və təbii qaz ixracı üçün gömrük rüsumu tələb etməyəcək. Rusiyadan Ermənistana rüsumsuz göndərilən malların 3-cü ölkəyə təkrar ixracı qadağan edilir.
Səbinə Həsənova