`Uorlikə Qarabağla bağlı göstərişlər verilib` - VİDEO

`Uorlikə Qarabağla bağlı göstərişlər verilib` - VİDEO
  30 İyun 2014    Oxunub:1177
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün səylə çalışırlar.

AzVision.az-ın məlumatına görə, bu barədə “Amerikanın Səsi”nə müsahibəsində ABŞ-ın Ermənistandakı səfiri Con Heffern bildirib.

Onun sözlərinə görə, ATƏT-in amerikalı həmsədri Ceyms Uorlikə hər iki tərəfi danışıqları cəlb etmək tapşırığı verilib: “Hazırda danışıqlar prosesində çox cüzi inkişaf var. Səfir Uorlikə Bakı və Yerevanı danışıqlara cəlb etmək tapşırığı verilib. Tərəflər bir-birilə daha çox danışmalıdırlar” – deyə, Heffern bildirib.

Rusiya tərəfinin Azərbaycana silah satması barədə sualı cavablandıran diplomat vurğulayıb ki, o, Azərbaycanın səfiri deyil və bu ölkələrin nə etdiyi barədə məlumata malik deyil. Lakin Heffern həmsədrlərin bir çox bəynatlarında vəziyyəti gərginləşdirən və təxribat xarakteri daşıyan hərbi ritorikanı, silah alışını kəskin şəkildə pislədiyini xatırladıb.



Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti