Ərəb Dövlətləri Liqasının baş katibi Nəbil Əl Ərəbi istefa verib. Bu barədə Livanın Əl-Məyədiyə telekanalı məlumat yayıb. Qeyd edək ki, o, daha əvvəl Misir xarici işlər naziri vəzifəsində çalışıb, Misirdəki siyasi qarışıqlıq dövründə hökumət və müxalifət arasındakı danışıqlarda vasitəçi kimi iştirak edib.