Amerika Rusiyaya yeni səfir göndərir

Amerika Rusiyaya yeni səfir göndərir
  30 İyun 2014    Oxunub:934
Keçmiş Ukrayna səfiri Con Teft ABŞ-ın Rusiyadakı səfiri ola bilər.
ABŞ-ın Ukraynadakı diplomatik missiyasının keçmiş rəhbəri Con Teft ölkəsinin Rusiyadakı səfiri Maykl Makfolu əvəzləyə bilər. Artıq Vaşinqton Moskvanın razılığını almaq üçün Moskvaya müraciət göndərib. Rusiyanın cavabının müsbət olacağı gözlənilir, deyə rus mətbuatı qeyd edir.

Qeyd edək ki, Con Teft artıq bir dəfə Moskvada işləyib: 1996-1999-cu illərdə o, Amerika dipmissiyasının rəis müavini olub. Teft, həmçinin Litva (2000-2003), Gürcüstan (2005-2009) və Ukrayna (2009-август 2013) səfiri olub.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti