Yazıçılar Adil Mirseyidə görə aksiyaya başladı

Yazıçılar Adil Mirseyidə görə aksiyaya başladı
  30 İyun 2014    Oxunub:1332
Azərbaycan Yazıçılar Birliyi (AYB) tanınmış şair və rəssam Adil Mirseyidin səhhəti ilə bağlı ictimaiyyətə müraciət edib.
AYB-dan AzVision.az-a verilən məlumata görə, müraciətə ölkənin tanınmış ədəbiyyat nümayəndələri qoşulublar.

Müraciətdə deyilir:

-Əziz dostlar!
Hörmətli xanımlar və cənablar!

Çağdaş ədəbiyyatımızın görkəmli isimlərindən olan şair və rəssam Adil Mirseyidin səhhəti ağırdır. Adil Mirseyid ölkəmizin son 35 illik ədəbi-mədəni həyatında dərin iz qoymuş, çağdaş Azərbaycan şeirinə yeniliklər etmiş böyük şairlərimizdən biri, istedadlı rəssamdır. Artıq xeyli vaxtdır qaraciyər sirrozundan əziyyət çəkən şairin vəziyyəti təəssüf ki, günü-gündən pisləşir və artıq təhlükəli həddə çatıb. Onun müalicəsi üçün böyük maliyyə vəsaiti tələb olunur və bu vəsaiti qarşılamaq ədəbiyyat tariximizdən bəlli bir çox ədiblərimiz kimi daim ehtiyac içində yaşayan Adil Mirseyidin ailəsinin imkanları xaricindədir. Artıq 3-cü gündür ki, biz bu sənədi ilk imza edənlər “Adil Mirseyidə yardım aksiyasına” başlamışıq. Hər bir kəsi, Azərbaycan şeirinə hörməti olan hər bir insanı, birinci növbədə həmkarlarımızı, hər birinizi imkanınız daxilində Adil Mirseyidə yardımçı olmağa çağırırıq. Vacib olan edəcəyiniz yardımın miqdarı deyil -Sizin orda iştirakınızdır.

Səlim Babullaoğlu,
Xəyal Rza,
Rafiq Həşimov,
Elçin İskəndərzadə,
Əhməd Nicati (şair, İran)…
Ağalar Bayramov
Bəxtiyar Sadıqov
Elxan Allahverdiyev
Şəmistan Əlizamanlı
Fikrət Qoca
Çingiz Abdullayev
Sayman Aruz
Qulu Ağsəs
Məqsəd Nur
"Kitabçı"
"Ulduz"
AYB.az
Rey Kərimoğlu

AYB-dən qeyd edilib ki, Adil Mirseyidə yardım etmək istəyənlər AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rzaya müraciət edə bilərlər. Siyahı yardım etmiş adamların adları ilə birlikdə uzun müddət www.ayb.az saytında və sosial şəbəkədə yerləşdiriləcək, yeni adlar əlavə olunduqca intensiv olaraq yenilənəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti