Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə müraciət edib.
Komissiyadan AzVision.az-a verilən məlumatda bildirilir ki, ümumi orta təhsil bazasında (9 illik) cari ilin məzunları üçün ( 9-cu sinfi bu il bitirən) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu bu gün saat 23:59-da başa çatır.