Abdulla Gül prezidentlikdən imtina edir
O, namizəd olmayacağını bütün Türkiyənin diqqətinə çatdırıb.
“Mən namizəd olmayacağam. Bunu xatırlayırsınızsa, martın 30-da bildirmişdim. Hörmətli Rəcəb Tayyib Ərdoğana da bu barədə söyləmişdim. İnşallah avqustun 28-da fəaliyyət müddətim başa çatacaq”-deyə qeyd edib.
Qeyd edək ki, A.Gül bir neçə gün öncə verdiyi açıqlamada siyasətdən gedəcəyini bəyan etmişdi.
AzVision.az