Medvedyev “qız tutmağı” öyrətdi - VİDEO

Medvedyev “qız tutmağı” öyrətdi - VİDEO
  14 Fevral 2013    Oxunub:2587
“Unutma, sevgi həmişə qalib gəlir”
Sibir Universitetinin tələbələri ilə görüşən Rusiya baş nazir Dmitri Medvedev universitet həyatı ilə tanış olduqdan sonra, sevgililər günü tələbələrlə səmimi söhbət edib.
Medvedyevin saatını hədiyyə etdiyi tələbə oğlan isə baş nazirdən sevgi barədə məsləhət alıb.“Qızı özünə necə aşiq etmək olar ?” sualına cavabında Medvedyev “Afərin. Sual doğru ünvanlanıb. Mənim bu sahədə xeyli təcrübəm var” deyib.
“İnadkar olmaq lazımdır. Bunu öz təcrübəmdən deyə bilərəm. Əgər inadkarlıq nümayiş etdirsən mütləq istədiyini qazanacaqsan. Əgər əlbəttə, həqiqətən də sevirsənsə və o insanla birlikdə olmaq istəyirsənsə. Unutma, sevgi həmişə qalib gəlir”, deyə baş nazir söyləyib.




Teqlər:  





Xəbər lenti