Bakıda iki avtobus toqquşdu- Video

Bakıda iki avtobus toqquşdu- Video
  29 İyun 2014    Oxunub:1297
Bakıda növbəri avtobus qəzası baş verib.
AzVision.az “xəzərxəbər”ə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində 170 və 202 nömrəli marşrutda hərəkət edən avtobuslar toqquşub.

3-cü mikrorayon dairəsindən Şamaxinka deyilən əraziyə gedən yolda baş verən qəza nəticəsində avtobusların hər ikisi sıradan çıxıb.

Qəzaya görə yolda qısa müddətli tıxac yaranıb. Əraziyə evakuator çağrılıb və qəzaya uğrayan avtobuslar yoldan götürülüb.

Qəzanın səbəblərini polis müəyyən edəcək.






Teqlər:





Xəbər lenti