Ana və azyaşlılarını maşın vurdu: biri öldü

Baş vermiş qəza nəticəsində ağır bədən xəsarətləri alan Fuad Loğmanlı, Zümrüd Loğmanova və Murad Loğmanlı Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Fuad Loğmanlının xəsarətləri ağır olduğundan o, xəstəxanaya çatdıqdan bir müddət sonra keçinib. Xəstəxananın həkimi yaralıların vəziyyəti barədə məlumat verib. "Loğmanova Zümrüd İsgəndər qızı baş-beyin silkələnməsi, qapalı kəllə-beyin tramvası ilə xəstəxanaya daxil olub. Vəziyyəti qənaətbəxşdir. Onun 6 yaşlı oğlu Murad isə bel toxumalarının əzilməsi ilə yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir, evə buraxılacaq".
Fakla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.