Hava pisləşdi: yağış yağır

Temperatur gecə 19-23 dərəcə, gündüz 24-28 dərəcə isti, Bakıda gecə 20-23 dərəcə, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-24 dərəcə isti, Türkan, Hövsan, Şıx və Sahildə 23-25 dərəcə isti təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında iyunun 30-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Aran rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturunun gecə 19-24 dərəcə, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.