İsrail ordusu Əl-Şifa xəstəxanasında 200 radikalı məhv edib

   İsrail ordusu Əl-Şifa xəstəxanasında 200 radikalı məhv edib
  28 Mart 2024    Oxunub:685
İsrail hərbçiləri Qəzza zolağında Əl-Şifa xəstəxanasının ərazisində davam edən əməliyyatlar zamanı 200-ə yaxın silahlı radikalı məhv edib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. "Ordu və Baş Təhlükəsizlik Xidməti Əş-Şifa xəstəxanası ərazisində mülki şəxslərə, xəstələrə, tibb briqadalarına və tibbi avadanlıqlara dəyən zərərin qarşısını alaraq məqsədyönlü əməliyyatları davam etdirir. Əməliyyat başlayandan indiyədək xəstəxananın ərazisində 200-ə yaxın terrorçu məhv edilib”, - məlumatda deyilir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 200-dən çox insanın, o cümlədən uşaqlar, qadınlar və qocaların girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

İsrail tərəfi cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti