TQDK: `Bu imtahanda səhv düzgün cavabı aparmır`

.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00 -da başlanıb və 1 saat 30 dəqiqə davam edib. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanıb və imtahan prosesinin gedişinə nəzarət olunub . Abituriyentlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində normal imtahan şəraiti yaradılıb. Sabahdan başlayaraq Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, abituriyentin balları hesablandıqda hər düzgün cavab 1 balla qiymətləndirilir. Ümumi bal hər bir fənn üzrə toplanılan balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən maksimal bal 60-a bərabər olur. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılacaqlar. İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcəkdir. İxtisas seçimi ilə bağlı ətraflı məlumatları “Abituriyent” jurnalının 3-cü sayından əldə edə bilərlər.
Məlumat üçün bildirək ki, sözügedən imtahanda abituriyentlərin səhvi düzgün cavabı aparmır.
Sevinc İltifatqızı
AzVision.az
Teqlər: