Litva AES tikmək niyyətindədir

Litva AES tikmək niyyətindədir
  27 Mart 2024    Oxunub:1015
Litva az enerjili reaktorlarla nüvə elektrik stansiyaları (AES) tikməyi planlaşdırır.
Bu məqsəd 2050-ci ilə qədər enerji müstəqilliyi strategiyasında öz əksini tapıb. Sənədi Seymin (parlament) iqtisadiyyat komitəsinin iclasında energetika naziri Daynyus Kreyvis təqdim edib. “Əgər biz bu cür atom elektrik stansiyalarının 2040-cı ildə fəaliyyətə başlamasını istəyiriksə, 2028-2030-cu illər arasında fundamental qərar qəbul edilməlidir”.

Onnu sözlərinə görə, plan reallaşsa Litva elektrik enerjisinin idxalçısı olmaqdan çıxacaq və onu ixrac edə biləcək: “Litva 2050-ci ilə qədər bu səviyyəyə çata bilər”.


AzVision.az


Teqlər:





Xəbər lenti