Erməni silahının verdiyi zərər - Video

Erməni silahının verdiyi zərər - Video
  29 İyun 2014    Oxunub:947
Bura Tovuzun Koxanəbi kəndidir. Təxminən 40-45 evdə 220 sakinin məskunlaşdığı kənd dünən gecə iri çaplı silahlardan intensiv şəkildə atəşə tutulub.
AzVision.az Türkel TV-yə istinadən xəbər verir ki, kənd sakinləri atışmanın dünən gecə saatlarına qədər davam etdiyini deyib.

Kənd sakini Vüqar Məmmədov: “Gecə saat 1-də başlayıb, saat 4-ə kimi davam edib. Ancaq iriçaplılardan, bax bu teşekadan atıblar. Buranı, bütün bu kəndi. Bir arvadın inəyini vurublar, birini də yaralayıblar”.

Atışma nəticəsində həyatyanı sahələrə, evlərin dam örtüyünə ziyan dəyməklə yanaşı, kənd sakini Raya Məmmədovanın bir inəyi də tələf olub. Kəndlilərin bildirdiyinə görə, düşmənlər vaxt-vədə bilmədən həm günorta, həm də gecə kəndi atəşə məruz qoyur. Əsasən də düşmən postlarına yaxın yerləşən evlərdə işıqların yanmasını görən kimi güllə səsləri eşidilməyə başlayır. Bu halın hər gün təkrarlandığını deyən sakinlər düşmənin təxribatlarına baxmayaraq gündəlik həyat təzrlərinin davam etdiyini bildirdilər.

Kənd sakini Vüqar Məmmədov: “Biz bu kəndi qoyub qaçmaq istəmirik. Qoyub qaçsaq gedərik bir kirayədə qalarıq, bir yerdə qalarıq, ancaq biz bu kəndi qoyub getmək istəmirik. Sadəcə qəbirstanlığımız burdadır, atamız-anamız bura basdırılıb. Biz onları qoyub gedə bilmərik. Qoyub getmək istəmirik”.




Teqlər:





Xəbər lenti