Görmə qabiliyyətini bərpa edən implant hazırlanıb

Görmə qabiliyyətini bərpa edən implant hazırlanıb
  22 Mart 2024    Oxunub:1276
“Neuralink” şirkətinin beyin implantı kor insanların görmə qabiliyyətini bərpa edə biləcək.
AzVision.az xəbər verir ki, bu barədə Amerikalı milyarder İlon Mask sosial şəbəkədəki X səhifəsində bildirib.

"Blindsight” Telepatiyadan sonra “Neuralink”in növbəti məhsuludur... Hətta kimsə kor doğulsa belə, biz görmə qabiliyyətini bərpa edə biləcəyimizə inanırıq", - Mask yazıb.

Onun sözlərinə görə, implant artıq meymunlar üzərində sınaqdan keçirilir və təcrübələr zamanı onlara heç bir zərər dəyməyib.

Qeyd edək ki, “Neuralink” ilk dəfə insan beyninə çip yerləşdirilməsini həyata keçirib. Bu barədə yanvarın 31-də məlumat verilib. Bu, İlon Maskın əsl beyin-kompüter interfeysi yaratmaq üçün iddialı layihəsində ilk addımdır.

AzVision.az


Teqlər:





Xəbər lenti