40 nəfər həbs olundu - Ötən gün

40 nəfər həbs olundu - Ötən gün
  28 İyun 2014    Oxunub:978
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 76 cinayət faktı qeydə alınıb, onların da 33-ü “isti izlər”lə açılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən ötən günün kriminal xoronikasını təqdim edir:

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib;

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 10 nəfər yaralanıb;

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib;

Cinayət törətdiklərinə görə 40 nəfər tutulub.


Teqlər:





Xəbər lenti