Müsavatın qurultayının günü açıqlandı

Müsavatın qurultayının günü açıqlandı
  28 İyun 2014    Oxunub:1073
Müsavat Partiyası qurultay üçün yeni vaxt təyin edib. AzVision.az-a açıqlamasında partiyanın Divan üzvü Tural Abbaslı deyib. O bildirib ki, bu gün Partiyanın Məclisinin toplantısı olub və 27 sentyabrda Qurultayın keçirilməsi barədə qərarı verilib.

`Qurultayın keçirilməsi üçün uyğun yerin ayrılması üçün hökumətdən tələblər davan edəcək. BŞİH ilə olan məhkəmə çəki.məmiz də həmçinin Avropa məhkəməsinə qədər davam etdiriləcək. Və uyğun şadlıq saraylarında keçirmək üçün də müraciətlər olacaq`, deyə o bildirib.

Qeyd edək ki, Müsavat Partiyası bundan əvvəl may və iyun aylarında da qurultay üçün vaxt təyin etsə də bu,baş tutmamışdı.

Ötən həftə isə Bakı şəhər İcra Hakimiyyəti partiyanın qurultay keçirmək üçün yerlə bağlı müraciətinə cavab verib və partiyaya şəhərdəki şadlıq evlərindən birində qurultay keçirməyi tövsiyə edib.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti