ATƏT prezidentindən Ramazan təbriki

Onun sözlərinə görə, Azərbaycan regionda böyük rol oynayır, ATƏT qarşısında götürdüyü öhdəliklərin çoxunu yerinə yetirib. R.Krivokapiç ATƏT-in Ukrayna böhranına öz töhfəsini verdiyini bildirib: “Dünən 4 ATƏT müşahidəçisinin sərbəst buraxılmasına töhfə verən tərəflərə təşəkkür edirik. Biz münaqişələrin həllinə töhfə verməyə çalışacağıq”.
R.Krivokapiç 5 gün ərzində ATƏT Parlament Assambleyasının sessiyasında müxtəlif məsələlərin müzakirə olunacağını söyləyib: “Səylərimiz Bakı Bəyannaməsində əksini tapacaq. Əsas məqsədimiz insan təhlükəsizliyinə nail olmaqdır”.
R.Krivokapiç növbəti 40 il ərzində ATƏT Parlament Assambleyasının fəaliyyətinin prioritet istiqamətini müəyyənləşdirməyin zəruri olduğunu qeyd edib./Apa/