`Bundan qorxmaq lazım deyil`- Əli Əhmədov
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan bir çox beynəlxalq təşkilatların yüksək tədbirlərini keçirmək üçün seçdiyi məkana çevrilib. Bu da Azərbaycanın inkişafının bilavasitə göstəricisi, beynəlxalq aləmdə hörmətinin, nüfuzunun, əhəmiyyətinin, rolunun artmasının təsdiqidir. Bütün bunlar bu gün özünü göstərir.
Baş nazirin müavini, həmçinin vurğulayıb ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə erməni deputatlar provokasiya törətməklə özlərinin gücsüzlüklərini və ümidsizliklərini ifadə etmiş olurlar. Beynəlxalq tədbirlərdə iştirak edən erməni deputatlar Azərbaycanın, Bakının inkişafını, müasirləşməsini, qüdrətini görərkən onlarda qısqanclıq yaranır.
Ermənilərin bu qısqanclıqları provokasiya şəklində ifadə etdiklərini bildirən Ə.Əhmədov deyib: “Erməniləri Bakıya beynəlxalq təşkilatlar dəvət edirlər. Bundan qorxmaq lazım deyildir. Bunun müsbət cəhəti də vardır. Ermənilər Azərbaycanın, Bakının inkişafını əyani surətdə görür, öz ölkələrinin isə dərin tənəzzülə uğradığını daha aydın hiss edirlər. Təbii ki, belə bir mənzərə onlarda qısqanclıq yaratmaya bilməz. Bu qısqanclığın ifadə forması isə provokasiya cəhdləridir. Azərbaycanın bu cür provokasiyalara cavab verən insanları da, arqumentləri də vardır. Güman edirəm bütün mövqelər, istiqamətlər üzrə erməni tərəfi gücsüzlüyünü həm nümayiş etdirir, həm bunu etiraf etmək zorundadır, həm də bunu bütün dünyaya göstərir. Əgər Bakıda ATƏT Parlament Assambleyasının illik sessiyası çərçivəsində də ermənilər provokasiyaya cəhd etsələr, lazımi cavablarını alacaqlar”.
Teqlər: